Mask soruşdu: “Instagram yoxsa Twitter yaxşıdır?”

image-ilon-maskbackend

Elon Mask “Twitter”də izləyicilərinə iki məşhur platformanı müqayisə edən bir sual verib.

Busaat.az xəbər verir ki, “Twitter”i aktiv şəkildə istifadə edən Elon Mask izləyicilərinə sual verib.

Adətən təqibçilərinə “Twitter”ə gətirməyi planlaşdırdığı xüsusiyyətləri soruşan və oradakı reaksiyaya görə xüsusiyyəti gətirməyə və ya silməyə qərar verən Mask bu dəfə fərqli sualla gündəmə gəlib. Belə ki, Mask, “Instagram yoxsa Twitter yaxşıdır?” – deyə soruşub.

Təsəvvür etdiyiniz kimi Maskın verdiyi bu sual milyonlarla insana çatıb və müxtəlif cavablar gəldib.

Mask, “İnstagram insanları depressiyaya salır, Twitter isə əsəbiləşdirir. Bəs, hansı daha yaxşıdır?” – deyə sual ünvanlayıb. Bu sualdan sonra müxtəlif cavablar verən izləyicilər instaqramın insanların psixologiyasını və bədən qavrayışını pozduğunu, saxta həyatın durmadan köpükləndiyini zənn etdiklərini yazıblar. Tvitterin bəzən zəhlətökən olsa da, Instagram kimi “saxta və nümayişkaranə” olmadığı üçün daha yaxşı olduğu qeyd edilib.

Tvitterin özünəməxsus problemləri olsa da, instaqramın TikTok kimi olmaq cəhdi istifadəçiləri narahat etmiş kimi görünür. Bu, Maskın tvitinin altındakı cavablarda bildirilib.

Təxminən 34 milyon insana çatan paylaşım 31 mindən çox paylaşılıb. 13 minə yaxın sitat və 350 mindən çox bəyənmə ilə bir müddət gündəmdə qalacaq kimi görünür.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90