Elon Mask Twitter-in inanclı insanlar üçün ədalətli bir platformaya çevrilməli olduğuna inandığını söyləyib.
Busaat.az Bloomberg-ə istinadən xəbər verir ki, bu yaxınlarda Twitter-i 44 milyard dollara satın alan Elon Mask, platformanın istifadəçilərə daimi qadağa tətbiqini ləğv edə bilər.
“Mask qadağalara inanmadığı üçün istifadəçilərə daimi qadağaları aradan qaldırmaq niyyətindədir. Bu o deməkdir ki, əvvəllər platformadan çıxarılan insanların geri qayıtmasına icazə verilə bilər. Bu kateqoriyaya ABŞ-ın keçmiş prezidenti Donald Tramp da daxildir. Trampın yaxın müddətdə Twitter-ə qayıtmasına icazə veriləcəkmi, aydın deyil” -deyə, Blombergdə qeyd olunub.
Mask daha əvvəl isə, Twitter-in müxtəlif inanclara malik insanlar üçün ədalətli platformaya çevrilməli olduğunu bildirib.
Qeyd edək ki, Tramp hələ aprel ayında Maskın Twitter-i alacağına ümid etdiyini, lakin sosial şəbəkəyə qayıtmaq fikrində olmadığını qeyd edib.
Busaat.az