Maska taxmayanlar metroya buraxılmayacaq – RƏSMİbackend

“Tibbi maska taxmayanlar metropolitenin stansiyalarına buraxılmayacaq”.

Busaat.az xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq, “Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

B.Məmmədov qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanan metodiki göstərişlərə tam riayət ediləcək:

“Metropolitendə sərnişinlərin sosial məsafə gözləməsi, tibbi maska taxması vacibdir. Əks halda sərnişinlər metroya buraxılmayacaq. Hər bir fərd bu qaydalara riayət edərsə, görülən tədbirlər də effektli olar”.

Metropoliten rəsmisinin sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən əlavə tövsiyələrin veriləcəyi də gözlənilir. Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi ictimai nəqliyyatda koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlərdə bildirilib ki, sərnişinlərdən bilet kassalarının, ödəmə terminallarının qarşısında, nəqliyyat vasitəsini gözləyərkən və yola düşdükdə – metro stansiyalarına daxil olduqda tibbi maska taxmaları tələb olunmalıdır.
Eyni zamanda məsafə saxlamaları üçün nəqliyyat vasitələrinin gözləmə məntəqələrində – yerdə/platformalarda və s. müvafiq işarələnmə aparılmalıdır.