“Matviyenko dua edirdi ki, Paşinyan yenidən seçilsin”

image-matvienkobackend

Dünyanın geosiyasi mərkəzlərinin Ermənistan hakimiyyətinə, xüsusən də Nikol Paşinyana münasibəti ilə bağlı müxtəlif fikirlər dolaşır.

Busaat.az  “Hraparak” qəzetinə istinadən xəbər verir ki, bəzi ekspertlər hesab edir ki, bu gün Paşinyan hamıya sərfəlidir. Digərləri isə iddia edir ki, Rusiya Paşinyanın vəzifəsindən uzaqlaşdırılmasını istəyir.

Bununla belə, qəzet yazır ki, bu yaxınlarda Rusiyada səfərdə olan rəsmi nümayəndə heyətinin tərkibinə daxil olan rəsmi şəxslərdən biri maraqlı bir əhvəlat danışıb.

Bu mənada kifayət qədər diqqətçəkən əhvalatı bu yaxınlarda rəsmi nümayəndə heyətinin tərkibində Rusiya Federasiyasına səfər edən Ermənistan rəsmilərindən biri nəql edib.

“Onun sözlərinə görə, qeyri-rəsmi görüşlərin birində Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko iyunun 20-də keçirilən növbədənkənar parlament seçkilərindən danışarkən belə deyib: “Biz dua edirdik ki, o yenidən seçilsin”. Matviyenko burada Paşinyanı nəzərdə tuturdu”, – deyə qəzet yazır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90