Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.96 $▼2.71%
  • WTI neft83.97 $▼0.91%
  • Avropa qazı (TTF)82.47 €▼3.53%
  • Təbii qaz (ABŞ)3.221 $▲1.87%
  • Qızıl3 769 $▼0.46%
  • Gümüş45.63 $▼0.39%
  • Pambıq81.04 ¢▼0.41%
  • Buğda602.25 ¢▼0.50%
  • Bitcoin64 170 $▼1.08%
  • Ethereum1 800 $▼1.27%
  • S&P 5007 341▼1.07%
14°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
İdman

Mədət Quliyev bu idmançılara ev və “Mercedes S-Class” verəcək - Foto

image-medet
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Velosiped Federasiyasının yeni prezidenti Mədət Quliyev idmançılar üçün təzə mükafatlar müəyyənləşdirib. 

Busaat.az  xəbər verir ki, eyni zamanda müdafiə sənayesi naziri olan M.Quliyevin göstərişi ilə mükafatlar barədə velosipedçilərin məşq etdiyi zalların girişinə məlumat lövhəsi yerləşdirilib.

Lövhədə Olimpiya, dünya və Avropa çempionu olan idmançıya “Mercedes-Benz S-Class” və ya “BMW” 7-ci seriya avtomobil, Bakı şəhərində 5 otaqlı mənzil, 100 min manat mükafat, ayda 3 min manat olmaqla illik 36 min manatlıq maddi yardım veriləcəyi qeyd olunub.

Adıçəkilən turnirlərdə gümüş medal qazanan idmançı isə “Mersedes E-Class” və ya “BMW “5-ci seriya avtomobil, Bakı şəhərində 4 otaqlı mənzil, 70 min manat mükafat və ayda 2 min olmaqla 24 min manatlıq maddi yardım alacaq.

3-cü yerin sahibi isə “Mersedes C-Class” və ya “BMW” 3-cü seriya avtomobilə, Bakıda 3 otaqlı mənzilə, 50 min manatlıq mükafata və ayda min manat olmaqla illik 12 min manat maddi yardıma sahib çıxacaq.

Qeyd edək ki, rəsmi olaraq Prezident sərəncamı ilə Olimpiya çempionlarına pul mükafatı təqdim edilir.

Elsevər Məmmədov

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=65287