Media Reyestrinə daxil edilən jurnalistlərin sayı açıqlandı

image-jurnbackend

Azərbaycanda Media Reyestrinə daxil edilən media subyektlərinin və jurnalistlərin sayı açıqlanıb.

Busaat.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında deyib.

Onun sözlərinə görə, Media Reyestrinə daxil olmaq üçün 200-dən çox media subyekti müraciət edib. Onların 160-a yaxını Media Reyestrinə daxil edilib. Hazırda da bu proses davam edir.

Ə. İsmayılov bildirib ki, 180-ə yaxın jurnalist də Media Reyestrinə daxil edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90