Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft90.28 $▼2.37%
  • WTI neft84.23 $▼0.60%
  • Avropa qazı (TTF)82.47 €▼3.53%
  • Təbii qaz (ABŞ)3.250 $▲2.78%
  • Qızıl3 766 $▼0.54%
  • Gümüş45.60 $▼0.47%
  • Pambıq81.04 ¢▼0.41%
  • Buğda602.25 ¢▼0.50%
  • Bitcoin63 960 $▼1.41%
  • Ethereum1 791 $▼1.76%
  • S&P 5007 341▼1.07%
14°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

“Məğlubiyyətdə təkcə Paşinyan günahkar deyil” - Ter-Petrosyan

image-petrosyan
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyan Qarabağda 44 günlük müharibədəki məğlubiyyətdə yalnız Nikol Paşinyanın günahkar olmadığını bildirib.

Busaat.az xəbər verir ki, ilur.am saytına müsahibəsində Ter-Petrosyan Paşinyanın sələflərini də bu məğlubiyyətdə iştirak etməkdə təqsirləndirib. Söhbət, xüsusilə bir neçə ay əvvəl Paşinyanı devirmək məqsədilə yaranan “Vətənin xilası hərəkatı”nı yaradan siyasi qüvvələrdən gedir. O bildirib ki, müxalifət Paşinyanı zəiflətməklə Bakının xeyrinə oynayır.

Petrosyan qeyd edib ki, Paşinyanın müxalifləri onu məğlubiyyətdə günahlandıranda həqiqətin yarısını səsləndirirlər – əslində Nikol Paşinyanı özlərinin yaratdıqlarını, onların fikirlərinin nəticəsi olduğunu qəbul etmək istəmirlər.

Ter-Petrosyana görə, 1997-ci ildən bəri Ermənistandakı bütün siyasi qüvvələr Qarabağ problemininin layiqli və əlverişli həll olunması üçün bütün cəhd və təşəbbüsləri məhv ediblər. Bu qüvvələr Qarabağdakı status-kvonu qorumaq və hər hansı bir kompromisi rədd etmək siyasətini tətbiq ediblər. Nəticədə ölkəni bugünkü fəlakətə sürükləyiblər.

Petrosyan Ermənistan hökuməti və diasporunun məğlubiyyətdən heç bir nəticə çıxarmadıqlarını sözlərinə əlavə edib.

Müharibədən sonrakı ritorika yenə xarici dünyadan boş, mənasız gözləntiləri, Türkiyə və Azərbaycana qarşı təhdidləri ehtiva edir. Ter-Petrosyan bu tendensiyanın seçki kampaniyası dövründə daha da güclənəcəyinə şübhə etmir ki, bu da vəziyyətin yaxşılaşacağına ümid etməyə imkan vermir. Bu isə o deməkdir ki, erməni xalqını yenidən itkilər və məyusluq gözləyir.

Xatırladaq ki, Ermənistanda parlament seçkilərinin iyunun 20-də keçirilməsi planlaşdırılır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=47639