Məhkəmə Navalninin arvadı barədə qərar verdi

image-b1df3c4a-44ab-4922-a5df-48d7a2af23e2backend

Moskva Məhkəməsi həbsxanada ölən rusiyalı fəal Aleksey Navalninin həyat yoldaşı Yuliya Navalnayanın həbsinə order verib.

Busaat.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, Moskva Məhkəməsinin açıqlamasında bildirilir ki, Rusiya ərazisindən kənarda yaşayan Yuliya Navalnaya barəsində “ekstremist birlikdə iştirak” ittihamı ilə həbs qərarı çıxarılıb.

Qərara əsasən, Yuliya Navalnaya Rusiya ərazisinə girən kimi saxlanılacaq və iki ay müddətinə həbs olunacaq.

Qeyd edək ki, Navalninin ölümündən sonra həyat yoldaşı Navalnaya Rusiya prezidenti Vladimir Putinin ərini öldürdüyünü bəyan edib.

Ariz Həsənoğlu

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki