Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.70 $▲1.05%
  • WTI neft84.93 $▼0.09%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.172 $▲2.75%
  • Qızıl3 788 $▼2.29%
  • Gümüş45.91 $▼3.32%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda605.75 ¢▲1.04%
  • Bitcoin64 388 $▼0.75%
  • Ethereum1 801 $▼1.22%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Kriminal

Məhkəmə Nazim Bəydəmirli ilə bağlı qərar verdi

image-nazimm
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ötən gün saxlanılan keçmiş deputat Nazim Bəydəmirli barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Busaat.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda istintaq orqanının təqdimatı əsaslı hesab edilib.

Qərara əsasən, N. Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Sabiq millət vəkili məhkəmədə özünü təqsirli bilmədiyini, verilmiş ittihamdan xəbərsiz olduğunu deyib.

Xatırladaq ki, eks-deputat Cinayət Məcəlləsinin 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Bu maddənin sanksiyasında 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Rəsmi məlumata görə, Nazim Bəydəmirli vətəndaş müraciəti əsasında saxlanılıb.

Qeyd edilib ki, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O bu il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

Qafqazinfo

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=114505