Mehriban Zəki ilə bağlı MÜHÜM XƏBƏR

image-zeki2backend

Xalq artisti Mehriban Zəki müalicə aldığı xəstəxanadan evə buraxılıb.

 

Bu barədə aktrisanın sənət dostu Turan Uğur məlumat verib.

 

Onun sözlərinə görə, Mehriban Zəkinin səhhətində problem yoxdur: “Artıq hər şey qaydasındadır. Özünü yaxşı hiss edir”.

 

Xatırladaq ki, Xalq artisti Mehriban Zəki martın 22-si Abşeron rayonu Saray qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Həmin qəza zamanı Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib, həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva da yüngül bədən xəsarətləri alıb./APA

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90