Məzmuna keç
  • Azeri Light95.13 $▼1.09%
  • Brent neft92.64 $▲0.22%
  • WTI neft86.65 $▲0.01%
  • Avropa qazı (TTF)86.21 €▲1.48%
  • Təbii qaz (ABŞ)3.312 $▲0.64%
  • Qızıl4 060 $▲0.14%
  • Gümüş53.01 $▲0.93%
  • Pambıq82.68 ¢▲5.63%
  • Buğda600.25 ¢▲1.05%
  • Bitcoin73 707 $▲0.01%
  • Ethereum2 056 $▲0.25%
  • S&P 5007 521▼0.37%
11°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Dünya

Erməni deputat: "Varlıların uşaqları hərbi xidmətdən yayınmaq üçün xarici ölkə vətəndaşlığı alırlar"

image-zn6hyaondjzuok00rldditsecd1fxdtm7bqdgtyl_1200
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Ermənistanda hərbi xidmətdən yayınan şəxslər arasında ölkənin ən böyük vergi ödəyicilərinin – yəni iri biznes sahiblərinin övladları da yer alır”.

Busaat.az-ın erməni KİV-ə istinadən məlumatına görə, bu barədə hakim Vətəndaş Sazişi fraksiyasından olan deputat Ayk Sarqsyan mətbuat konfransında bildirib.

O bu informasiyanı Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri ilə apardığı işgüzar müzakirələr zamanı əldə etdiyini bildirib.

Deputatın sözlərinə görə, bir çox iri biznes təmsilçilərinin övladları, adları ölkənin ilk min vergi ödəyicisi sırasında keçən ailələrdən olan gənclər, hərbi xidmətdən yayınmaq üçün xarici ölkə vətəndaşlığı alırlar.

“Orduda əsasən imkansız ailələrin uşaqları xidmət edirsə və bu, sosial ədalətsizliyə səbəb olursa, biz bu məsələni Müdafiə Nazirliyinin nümayəndələri ilə aparılan işçi müzakirələrdə qaldırırıq. Onlar deyirlər ki, çox zaman böyük sərvətə sahib olan və ən iri vergi ödəyicilərinin sırasına daxil olan ailələrin üzvləri hərbi xidmətə çağırılmır. Biz aydınlaşdırmalıyıq: bu şəxslər həqiqətən səhhətinə görəmi xidmət etmirlər, yoxsa müxtəlif yollarla yayınırlar?” – deyə Sarqsyan vurğulayıb.

Əvvəllər məlumat verilmişdi ki, Sarqsyan ordudan qanuni “satın alma” tətbiq etmək təklifini irəli sürüb. Təşəbbüsə görə, çağırışçılar üç variantdan birini seçə bilərlər: 20 milyon dram (təxminən 50 min dollar) ödəməklə bir ay xidmət keçmək, 15 milyon dram (təxminən 40 min dollar) ödəməklə altı ay xidmət etmək və ya tam müddəti – 24 ayı xidmət etmək, bu zaman digər kateqoriyalar tərəfindən ödənilən vəsait hesabına artırılmış təminat almaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=162754