Meksikada soyuducuların içərisində gizlədilmiş 34 meyit tapılıb

image-meksikabackend

Meksikanın Verakruz ştatında keçirilən əməliyyatda 5 evdə soyuducuda gizlədilmiş 34 nəfərin meyiti tapılıb.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, dövlət rəsmiləri cəsədlərin parçalanaraq torbalara qoyulduğunu, hadisə ilə bağlı 6 nəfərin həbs edildiyini bildirib.

Məlumatda polisə atəş açan silahlı dəstənin tutulması məqsədi ilə prossesə başlanıldığı, daha sonra silahlı şəxslərin sığındığı evdə 14 cəsədin tapılmasından sonra əməliyyatın genişləndirildiyi qeyd olunub.

Prokurorluq onu da bildirib ki, axtarış zamanı cinayətkarlara məxsus avtomobil, müxtəlif silahlar və bəzi narkotik vasitələr də ələ keçirilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki