Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.05 $▲0.68%
  • WTI neft86.52 $▲0.99%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.301 $▲2.74%
  • Qızıl4 039 $▼2.09%
  • Gümüş51.51 $▼3.27%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda591.50 ¢▲0.47%
  • Bitcoin73 765 $▼1.98%
  • Ethereum2 055 $▼3.62%
  • S&P 5007 521▼0.37%
5°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Gündəm

Məmurların illərdir mane olduğu qanun layihəsi MM-də: “Gələn sessiya qəbul ediləcək”

image-1612203950_1611308346_vahid-ahmedov-696x474
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Artıq Rəqabət Məcəlləsinin layihəsi Nazirlər Kabinetinə təqdim edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən hazırlanan Məcəllənin layihəsi müvafiq dövlət qurumlarının müsbət rəyi alınaraq İqtisadiyyat Nazirliyi tərəfindən Nazirlər Kabinetinə göndərilib.

Rəqabət Məcəlləsi 2006-cı ildə Prezident tərəfindən Milli Məclisə təqdim edilib. Qanun layihəsi 2 oxunuşdan keçsə də, 3-cü oxunuşa çıxarılmayıb. 16 ildən sonra yenidən hazırlanan Məcəllənin Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacağı gözlənilir.
Bu dəfə də qanunun qəbuluna maneələr ola bilərmi? Qanunun əhəmiyyəti nədən ibarətdir?

Məsələ ilə bağlı Bakupost.az -a millət vəkili Vahid Əhmədov açıqlama verib.

V. Əhmədov bildirib ki, Rəqabət Məcəlləsi növbəti sessiyada qəbul ediləcək:“Rəqabət Məcəlləsi ciddi bir məcəllə və qanun layihəsidir. Qanun layihəsi ilə tanış olmuşam, çox mükəmməldir. Maliyə Nazirliyi, Ədliyyə Nazirliyi ilə razılaşdırılıb, Nazirlər Kabinetinə verilib.

Daha sonra Cənab Prezidentin imzası ilə Milli Məclisə daxil olacaq. Biz bu sessiyada yox, yəqin ki gələn sessiyada, bunu qəbul edəcəyik. İndiki şəraitdə, xüsusilə monopoliyanın, inhisarçılığın qarşını almaq üçün vacib məcəllədir. Həm də bu, qiymət siyasətinə öz təsirini göstərəcək. Əgər bazarda inhisarçılıq olmayacaqsa, azad rəqabət bərqərar olacaqsa, həm sahibkarların fəaliyyətinə, həm də qiymətlərə öz müsbət təsirini göstərəcək. Demirəm ki, bu məcəllə qəbul olunandan sonra bütün məsələlər həll olunacaq. Amma Azərbaycanın daxili bazarında sahibkarlar üçün şərait yaradılması üçün bu məcəllənin böyük əhəmiyyəti olacaq. Bu məcəllənin qəbul olunmasını MM-in iclasında Baş nazirdən xahiş etmişdim. O da çox sağ olsun ki, göstəriş verib və belə bir məcəllə hazırlanıb. Yəqin ki, gələn sessiyada bunu qəbul edəcəyik”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=78514