Yeni növ koronavirusdan müalicə olunan ABŞ Prezidenti Donald Tramp yaxın zamanda yenidən testdən keçəcəyini bildirərək “məni Çin xəstə etdi” deyib.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, o, COVİD-19-a yoluxduqdan sonra ilk dəfə “Fox News” kanalına telefonla bağlanaraq açıqlama verib.
Özünü yaxşı hiss etdiyini bildirən Tramp prezident seçkiləri üçün görüş keçirmək istədiyini də deyib:
“Xəstəliyi kiməsə keçirdiyimi düşünmürəm. Məncə, artıq təmizəm. Yaxın zamanda yenidən analizlər verəcəm. Hər zaman insanlarla bir yerdə olmuşam. Nə vaxtsa xəstəliyə tutulacağımı bilirdim. Məni Çin xəstə etdi”.