Mərakeşlə İsrail diplomatik əlaqələr üçün razılığa gəldi

Mərakeşlə İsrail diplomatik əlaqələr üçün razılığa gəldibackend

Dekabrın 10-da Mərakeşlə İsrail ABŞ-ın vasitəçiliyi ilə diplomatik əlaqələr qurmaq üçün razılığa gəliblər.

Busaat.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp öz tvitter hesabında məlumat yayıb.

“Bu gün Mərakeşin Qərbi Sahara üzərindəki hakmiyyətini tanıdığımıza dair bir bəyannamə imzaladım. Mərakeşin ciddi, etibarlı və realist muxtariyyət təklifi davamlı sülh və rifah üçün yeganə həll yoludur”, – deyə Tramp bildirib.

Mərakeşin 1777-ci ildə ABŞ-ı tanıdığını xatırladan Tramp bu səbəbdən ölkənin Qərbi Sahara üzərində hökmranlığını tanıdıqlarını qeyd edib.

Bundan əlavə, ABŞ lideri tarixi addım atıldığını vurğulayıb: “İki böyük dostumuz İsrail və Mərakeş Krallığı tam diplomatik əlaqələr qurmağı qəbul etdilər. Bu, Orta Şərqdə sülh prosesində böyük bir irəliləyişdir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki