Merkeldən Rusiya açıqlamasıbackend

Kansler Angela Merkel Almaniya ilə Rusiya arasındakı münasibətlərdə status-kvonun qorunmalı olduğunu hesab edir.

Busaat.az  xəbər verir ki, Merkel bu barədə hər ilin yayında Berlində keçirilən xüsusi mətbuat konfransında açıqlama verib. Onun sözlərinə görə, Ukrayna ilə əlaqəli son illərdəki qarşıdurmalar, sanksiyalar və casus qalmaqalları Almaniya-Rusiya və Avropa-Rusiya münasibətlərini yenidən  gərginləşdirir, buna baxmayaraq münasibətləri qorumaq lazımdır.

“Hər halda, biz hər zaman danışıqlarda Rusiya ilə davam etməli olduğumuzu demişik. Bir çox beynəlxalq mövzu var. Məsələn, Suriyanı götürsək, burada Rusiya ikitərəfli münasibətlərdən savayı, danışıqlarda qalmalı olduğumuz geostratejik iştirakçıdır.

Məqsəd, əvvəlki kimi, Rusiya ilə yaxşı münasibətlər saxlamaqdır. Rusiya qədim və böyük mədəniyyətə sahib olan nəhəng bir ölkədir və bu gərginlik açıq-aşkar bizi yaxın aylarda da müşayiət edəcək”, – deyə Merkel vurğulayıb.

Qeyd edək ki, 9 avqust Belarusda keçirilən prezident seçkilərindən sonra baş verən ictimai-siyasi böhran fonunda Almaniyanın Rusiyaya qarşı siyasətini dəyişdirməyə razı olacağı ehtimalı olunurdu.