Mərkəzi Gömrük Hospitalına yeni rəis TƏYİN OLUNDU

image-1679055367_938544c7-1888-3c8b-b70b-b464c047ea01_850backend

Mərkəzi Gömrük Hospitalına yeni rəis (baş həkim) təyin olunub.

Busaat.az-ın xəbərinə görə, bununla bağlı martın 16-da müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Mərkəzi Gömrük Hospitalının rəis müavini, tibb xidməti polkovnik-leytenantı Bəxtiyar Musayev səhiyyə müəssisəsinin rəisi (baş həkim) təyin edilib.

Qeyd edək ki, B.Musayev 1982-ci ildə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. O, indiyədək bir çox yerlərdə müxtəlif vəzifələrdə çalışıb.(Report)

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90