Məşhur aktyor 43 yaşında VƏFAT ETDİ – FOTO

image-vefat_etdi_11611122802_21612118693backend

Rusiyalı aktyor, daha çox məşhur “Kuxnya” serialından tanınan İvan Rudakov 43 yaşında vəfat edib.

Busaat.az xəbər verir ki, bu barədə onun valideynləri – rejissorlar Aleksey Rudakov və Yelena Nikolayeva feysbukda bildiriblər.

“Möcüzə baş vermədi. Bizim Vaneçka, bizim sevimli oğlumuz daha yoxdur”, – paylaşımda deyilir.

Bir gün əvvəl aktyorun valideynləri onun reanimasiyada süni tənəffüs aparatına qoşulu vəziyyətdə olduğunu bildirmişdi. Buna səbəb İ.Rudakovun 2021-ci ilin yayında keçirdiyi COVID-19 xəstəliyindən sonra ürək və ağciyərlərində yaranmış problem idi.

Qeyd edək ki, İ.Rudakov 1978-ci ildə anadan olub. Tamaşaçılara daha çox “Kuxnya” serialındakı bayker Stas, “Medium” serialındakı müstəntiq Oleq Danilov və “Lantset” serialındakı baş əməliyyatçı Aleksey Zvonaryov obrazları ilə tanışdır.

 


Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90