Məşhur aktyor vəfat etdi – FOTO

image-1631246134_vefat-etdiiibackend

Amerikanın komediya aktyoru, iki seriyalı “Polis akademiyası” filmində leytenant Erni Mauzer rolu ilə məşhur olan Artur Metrano 84 yaşında vəfat edib.

Oxu24.com xəbər verir ki, bu barədə aktyorun oğlu “The Hollywood Reporter” jurnalına bildirib.

Onun məlumatına əsasən, Metrano Florida ştatında öz evində dünyasını dəyişib. Aktyorun ölüm təbii səbəbdən baş verib.

Metrano 1970-ci illərdə Coni Karsonun “The Tonight Show” (“Bu axşam”) tok şousunda iştirak nəticəsində məşhur olub. Bundan başqa, o, “Ürəkləri sındıran” (“The Heartbreak Kid”, 1972) “Dünya tarixi, birinci hissə” (“History of the World”, Part One, 1981), “Son nəfəsdə” (“Breathless”, 1983) və başqa filmlərdə çəkilib.

image-ea81cb0f-4054-3921-baa1-e4face2372b6_850

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90