
Məşhur alman məşqçinin "Qarabağ" arzusu baş tutdu - Azərbaycana gəlir
“Azərbaycan təmsilçisi ilə qarşılaşmaq maraqlı olardı. Bu ölkədə olmamışam”.
Busaat.az xəbər verir ki, bunu Almaniyanın “Frayburq” komandasının baş məşqçisi Kristian Ştrayx UEFA Avropa Liqasının püşkatmasından əvvəl danışarkən deyib. 57 yaşlı mütəxəssis hər hansı rəqiblə düşməyin heç bir əhəmiyyətinin olmadığını bildirib: “Püşkatma mərasiminə birlikdə baxacağıq. Ümid edirik ki, rəqiblərimiz tez müəyyənləşər. Səfərləri səbirsizliklə gözləyirəm. Bilmədiyimiz yeni stadionlara gedə bilərik”.
Qeyd edək ki, artıq “Qarabağ”ın Avroliqadakı rəqibləri məlum olub. “Frayburq” komandasının baş məşqçisi Kristian Ştrayxın istəyi baş tutacaq. Belə ki, təmsilçimizin qrupdakı rəqiblərindən biri də “Frayburq”dur.
G qrupu
1. “Olimpiakos” (Yunanıstan)
2. “Qarabağ” (Azərbaycan)
3. “Frayburq” (Almaniya)
4. “Nant” (Fransa)























