
Məşhur din xadimi vəfat etdi - FOTO
İranın tanınmış din xadimi, Mərceyi-Məclisin 12 üzvündən biri ayətullah-üzma Lütfüllah Səfi Gülpayaqani vəfat edib.
Busaat.az xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.
Qeyd olunub ki, din xadimi fevralın 1-də 103 yaşında dünyasını dəyişib.
O, İranın məşhur din xadimi, ayətullah-üzma Bürucerdinin yanında təhsil alıb. Gülpayaqani İranın Qum şəhərində dini fənləri tədris edib.
























