Məşhur prokurorun işdən çıxarılmasında şantaj izi – SENSASİON İDDİALAR

image-tariyel8backend

Vaxtilə sol əli ilə hərbi salam verdiyinə görə də mətbuatın gündəminə gəlməklə məşhurlaşan prokuror Tariyel Qurbanovun işdən çıxarılması ilə bağlı ilginc iddialar var.

 

Təsdiqlənməmiş məlumatlara görə, Tariyel Qurbanovun vəzifədən azad edilməsi şantajla üzləşməsi və ciddi qalmaqal yaşaması ilə əlaqədardır. İddia olunur ki, Tariyel Qurbanovla əlaqəli şantaj olayı Baş Prokurorluğun rəhbərliyinə çatandan sonra məsələ araşdırılıb və onun işdən azad edilməsi qərarlaşdırılıb. Martın 14-də onu vəzifədən azad ediblər. Bu haqda rəsmi məlumat yayılsa da, işdən çıxarılma səbəbi açıqlanmayıb.

 

İddia olunur ki, Tariyel Qurbanov məişət və şəxsi həyat zəmnində ciddi şantaja məruz qalıb. Şantajların bir neçə nəfər olduğu haqda məlumatlar dolaşır. O da bildirilir ki, keçmiş prokuroru şantaj edən şəxs vaxtilə Tariyel Qurbanovla yaxın münasibətdə olub. Sonradan araları dəyib. Mənbənin bildirdiyinə görə, həmin şəxs və bir neçə dostu vaxtaşırı Tariyel Qurbanovun bağında görüşürlərmiş. Ziyafətlər, əyləncələr təşkil edirlərmiş.

 

Tariyel Qurbanovun sonuncu iş yeri Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsi idi. Tariyel Qurbanov Qaradağ rayon prokuroru, Bakı şəhər Prokurorluğunda şöbə prokuroru və digər vəzifələrdə çalışıb.

 

Barəsindəki iddiaya Tariyel Qurbanovun münasibətini öyrənmək üçün onunla əlaqə saxlamağa cəhd etdik. Lakin cəhdlərimiz baş tutmadı. Bununla belə Tariyel Qurbanovun da fikirlərini dərc etməyə hazırıq.

 

Xatırladaq ki, Tariyel Qurbanov Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

 

“Yeni Müsavat”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki