Messiyə sarı vərəqə verən hakim dünya çempionatından qovuldu – FOTO

image-photo_188168backend

Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Niderland – Argentina oyununun baş hakimi Mateus Lahoz üçün mundial bitib.

Busaat.az xarici mediaya istinadla xəbər verir ki, buna səbəb kimi 2:2 hesabı ilə başa çatan və Cənubi Amerika təmsilçisinin penaltilər seriyasında (4:3) qalib gəldiyi görüşdə ispaniyalı referinin zəif idarəçiliyi göstərilib.

Matçda 17 dəfə sarı vərəqəyə əl atmaqla diqqət çəkən Lahozun qərarları futbolçular arasındakı gərginliyə yol açdığı üçün FIFA Hakimlər Komitəsi ona yarımfinalda, eyni zamanda 3-cü yer uğrunda görüşdə və final oyununda təyinat verməmək qərarına gəlib.

Qeyd edək ki, FIFA adıçəkilən qarşılaşmanın ardından baş verənlərə görə Argentina Futbol Assosiasiyasına, millinin futbolçuları Lionel Messi və Emiliano Martinesə qarşı iş açıb.

Xatırladaq ki, Niderland – Argentina matçının əsas hissəsinin sonunda Lionel Messi rəqibin xeyrinə cərimə zərbəsi təyin etdiyinə görə oyunun hakiminə etiraz edib və buna görə sarı vərəqə alıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90