“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi “Meta”nın gəliri və xalis mənfəəti bu ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.
Busaat.az xəbər verir ki, Meta iyul-sentyabr dövrü üçün balans hesabatını açıqlayıb.
Müvafiq olaraq, şirkətin gəliri bu ilin üçüncü rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4% azalaraq 27,7 milyard dollara düşüb. Meta 2021-ci ilin üçüncü rübündə 29 milyard dollar gəlir əldə edib.
Şirkətin xalis mənfəəti üçüncü rübdə 52% azalaraq 4,4 milyard dollar təşkil edib. Meta 2021-ci ilin iyul-sentyabr dövründə 9,2 milyard dollar mənfəət açıqlayıb. Xatırladaq ki, şirkətin 2021-ci ilin üçüncü rübündə 3,22 dollar olan səhm üzrə mənfəəti də bu ilin eyni dövründə 1,64 dollara düşüb.
Qeyd edək ki, Metanın CEO-su Mark Zukerberq açıqlamasında qısamüddətli gəlir problemlərinə baxmayaraq, daha güclü gəlir artımına qayıtmaq üçün yeni fürsətlərin olduğunu bildirib.
Busaat.az