Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 633 $▼6.73%
  • Ethereum1 747 $▼9.34%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

Metronun bu stansiyaları iş rejimini dəyişəcək - RƏSMİ AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

20 yanvar faciəsinin 33-cü ildönümündə “Bakı Metropoliteni” QSC-nin “20 Yanvar”, eləcə də Şəhidlər xiyabanını ziyarət edənlərin daha çox istifadə etdiyi “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Busaat.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, həmin gün qeyri-iş günü olsa da, ehtiyat qatarlar xüsusi qaydada nəzərdə tutulacaq və zərurət yaransa xəttə veriləcək.

Bundan başqa, hər il olduğu kimi bu il də “20 yanvar” stansiyasında anım mərasimi keçiriləcək. Bu məqsədlə artıq stansiyanın vestibüllərinə, platformasına və digər xidməti sahələrinə baxış keçirilib. Ənənəyə uyğun olaraq, stansiyasının sütunlarına və şəhidlərin adlarının həkk olunduğu lövhələrin yerləşdiyi vestibül sahələrində divarlara qərənfil tərtibatlı çələnglər asılacaq.

Stansiya platformasında qərənfillərdən xüsusi bədii tərtibatlı çələng qoyulacaq. Məhz platformada qoyulmuş çələngin ətrafında “Bakı Metropoliteni”nin rəhbərliyinin də daxil olduğu kollektivin üzvləri ictimaiyyətin nümayəndələri və stansiyaya gələn sərnişinlərlə birlikdə şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad edəcək. Ölkəmizdə şəhidlərimizin xatirəsinə birdəqiqəlik sükut mərasimi saat 12:00-da keçiriləcək. Həmin vaxt üçün əvvəlcədən xüsusi işlənmiş plan əsasında bütün qatarlar stansiyalara çıxarılacaq. Qatarlardan 1 dəqiqə ərzində fasiləsiz fit veriləcək.

Formalaşmış ənənəyə əsasən, şəhidlərimizin xatirəsinə xüsusi ehtiram əlaməti kimi günün birinci yarısında “20 Yanvar” stansiyasının platfromasında metropoliten işçilərindən ibarət qarovul dəstəsi düzüləcək.

Gün ərzində bütün stansiyalarda günün ruhuna uyğun musiqilər və marşlar mərkəzləşmiş radio şəbəkəsi vasitəsilə yayımlanacaq. Qatarlarda stansiyaların elanı radioinformatorla deyil, maşinistlər radiorabitə vasitəsilə səsləndirəcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=97442