Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Litvanın “Dominari” şirkətinin nümayəndələri ilə görüşüb.
Busaat.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün “X” hesabında məlumat paylaşıb:
“Görüşdə ölkəmizin əlverişli biznes mühiti, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlər barədə danışdıq. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərin investisiya potensialı, şirkət tərəfindən Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında həyata keçirilən mebel klasteri layihəsi və əməkdaşlığın perspektivləri barədə səmərəli müzakirələr apardıq”.