“Milan” İbrahimoviçlə müqaviləni yenilədi

“Milan” İbrahimoviçlə müqaviləni yenilədibackend

“Milan” Zlatan İbrahimoviçlə başa çatan müqaviləsini yeniləyib.

Busaat.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İtaliya təmsilçisinin  sosial şəbəkə hesablarında “Zlatan qayıtdı” başlığı ilə paylaşım edilib.

A Seriya klubu uzun müddətdir 39 yaşlı hücumçu ilə maddi səbəblərə görə müqaviləni yeniləmək üçün razılığa gələ bilmirdi.

Qeyd edək ki, Z.İbrahimoviç “Milan”a bu ilin yanvarında “Los Anceles Qelaksi”dən keçib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90