“Milli maraqların qorunması naminə siyasi iradənin nümayişi…”

image-lacinbackend

“Bu gün dünyada olduqca gərgin, ziddiyyətli və qarışıq proseslərin getdiyi, qlobal trendlərdə qeyri-müəyyənliyin hökm sürdüyü mərhələdə cənab İlham Əliyev həm müstəqil siyasətini davam etdirir, həm də dövlətin böhrandan az itki ilə çıxması üçün bütün imkanları səfərbər edir. Elə bunun nəticəsidir ki, Azərbaycan pandemiya ilə mübarizədə müsbət dinamika əldə edən ölkələr sırasındadır.

Cənubi Qafqaz regionunda həyata keçirilən müxtəlif enerji və kommunikasiya layihələrinin gerçəkləşdirilməsində əsas söz sahiblərindən biri kimi çıxış edən, milli-etnik və dini dözümlülüyün yüksək səviyyəsinə görə fərqli sivilizasiyaları, müxtəlif mədəniyyətləri qovuşduran Azərbaycan üçün milli təhlükəsizliyin etibarlı təmin olunması məsələsi aktuallığı, eyni zamanda özünəməxsusluğu ilə fərqlənir. Bu, həm də ölkəmizin zəngin təbii resurslara malik olması, əlverişli, lakin həssas coğrafi məkanda yerləşməsi, digər tərəfdən isə Ermənistanın təcavüzü ilə üzləşməsi, müharibə şəraitində yaşaması ilə şərtlənir. Dinamik iqtisadi islahatlar mərhələsini yaşayan Azərbaycan dövləti heç bir xarici müdaxilə və təsir olmadan daxili həyatını qurmaq, idarə etmək, konstitusiya quruluşunu və sabitliyi qorumaq, ölkənin strateji inkişafını səmərəli təmin etmək vəzifəsini uğurla həyata keçirir.

Ermənistanın son 30 ildə Qarabağda həyata keçirdiyi terrorçuluq, vandalizm çoxşaxəli olmaqla, siyasi, hüquqi, iqtisadi, ekoloji, mülkiyyət əleyhinə, insan hüquqları, mədəni soyqırımı, şəhərlərin məhv edilməsi və təbiətə qarşı törədilən cinayətlərin tam bir kompleksini formalaşdırıb. Vurğulayıb ki, Zəfər tarixinin yazılması ilə dövlətimiz nəinki son iki ildə, bu gün, həmçinin paralel olaraq, son 30 ildə törədilən bütün cinayətlər kompleksini heç bir istisna olmadan beynəlxalq hüquqi instansiyalara daşınmasını təmin edəcək.

Ərazi etibarı ilə  təbii resurslarla zənginliyi  Laçın “koridor”unun əhəmiyyətini daha da artırır. Zəngəzur silsiləsinin bütün zirvə hissəsinin öz başlanğıclarını Laçın dəhlizindən götürdüyünü, desək, heç də yanılmarıq.  Bu dağ silsiləsi qalın otlaqlı yaylaqlardan, böyük çınqıllıqlardan, yeraltı və yerüstü mədənlərdən, mineral yataqlarından, eləcə də silsilənin ətəkləri isə nadir növlü ağaclara malik  enliyarpaqlı meşələrdən və kolluqlardan ibarətdir. Zəngəzur dağ silsiləsinin şimal-şərq və cənub-şərq istiqamətlərində dağlar arasında xeyli sayda böyük şirin su ehtiyatına malik göllər vardır. Təsadüfi deyildir ki, Həkəri, Bərgüşad, Tərtər və Bazarçay çayları öz mənbələrini buradan götürür. Bir çox nağıl və əfsanələrin epizoduna çevrilən Arpaçay çayı isə öz mənbəyini dəniz səviyyəsindən 3000-4000 metr yüksəklikdən çox güman ki Alagöllərin qrunt sularından alır.

44 günlük müharibəylə son qoyulmuş işğal dövründə Ermənistan kütləvi şəkildə beynəlxalq cinayətlər törədib ki, bunlardan biri qanunsuz məskunlaşdırmadır.  Müharibələr və silahlı münaqişələr dövründə qeyri-qanuni məskunlaşdırmanın həyata keçirilməsi beynəlxalq humanitar norma və prinsiplərinə ziddir. Bu addımla məqsədin regionda demokratik vəziyyətin dəyişdirilməsi, həmin dövrdə mövcud olan status-kvonun saxlanması, məcburi köçkünlərin öz yurdlarına qayıtmasının qarşısının alınmasından ibarət olduğunu vurğulayıb. Bu cinayətləri törədən şəxslərin ədalət mühakiməsi qarşısında cavab verəcəyinə ümid edirik.

İşğaldan azad edilmiş torpaqlarda mövcud olan mənzərə böyük çətinliklər yaradır. Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq o bölgələr Azərbaycan dövlətinin vəsaiti, Prezidentin siyasi iradəsi ilə  bərpa ediləcək, vətəndaşlarımızın normal həyatı üçün bütün addımlar atılacaq.
Artıq müvafiq dövlət qurumu da yaradılıb və bu işlərin hamısı koordinasiya şəklində aparılacaqdır.
Bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür.

Prezident İlham Əliyev: “Biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail olacağıq.”

 

 

Nəsimi rayon Ağsaqqallar Şurasının üzvü Fəxrəddin Əliyev

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki