Məzmuna keç
  • Brent neft90.49 $▼1.03%
  • WTI neft85.22 $▼0.53%
  • Avropa qazı (TTF)82.24 €▼0.11%
  • Təbii qaz (ABŞ)3.273 $▲1.87%
  • Qızıl4 084 $▼1.00%
  • Gümüş52.34 $▼1.71%
  • Pambıq82.47 ¢▲4.71%
  • Buğda588.50 ¢▼0.04%
  • Bitcoin74 113 $▼1.52%
  • Ethereum2 084 $▼2.27%
  • S&P 5007 550▲2.37%
10°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
İlham Əliyev

Milli Məclis İlham Əliyevi təbrik edib

image-ky6gtzd1sn3qdmnzq2or9bpk3p0wcopyrrodfe0h_825-10
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Milli Məclisdə Prezident İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlanması ilə bağlı təklif irəli sürülüb.

Busaat.az xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

Onun sözlərinə görə, sabah Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür:

“Möhtərəm İlham Əliyev fəaliyyətinin miqyasına və əhəmiyyətinə görə milli tariximizdə müstəsna yeri olan siyasi və dövlət xadimidir. Eyni zamanda, o, dünya siyasətinin ən tanınmış və nüfuzlu şəxsiyyətlərindən biridir. Müasir Azərbaycanın dinamik iqtisadiyyata malik olan, regional və qlobal proseslərdə önəmli rol oynayan bir dövlət kimi inkişaf etməsi Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti ilə bağlıdır. Məhz onun fenomenal liderlik məharəti, strateji baxışı, əzmi və cəsarəti sayəsində Azərbaycan sabitlik və quruculuq məkanına çevrilib, dövlətimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib.

Təklif edirəm ki, doğum günü münasibəti ilə möhtərəm Prezidentimizə Milli Məclis adından təbrik məktubu ünvanlayaq və Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişaf etməsi naminə dəyərli fəaliyyətində ona böyük uğurlar arzulayaq”.

Deputatlar sədrin təklifini alqışlarla qarşılayıblar.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=178158