Milli Məclisin sonuncu iclası bu tarixdə olacaq

image-meclisbackend

Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası dekabrın 30-da baş tutacaq.

Busaat.az xəbər verir ki, iclasda Milli Məclisin dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə müraciəti gözlənilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki