Millimizin sabiq futbolçusu vəfat etdi – FOTO

image-1618677797_vefat-abackend

Azərbaycan millisinin sabiq futbolçusu Vladislav Lemiş vəfat edib.

Busaat.az xəbər verir ki, sabiq hücumçu 51 yaşında ölüb.

1987-ci ildə SSRİ yığmasının heyətində yeniyetmələr arasında dünya çempionu olan Lemiş “Neftçi”, “Kuban”, “LasPalmas”,  MOİK, “Monolit”, “İzumrud”,  “Drujba”, Stavropol “Dinamo”su, “Baltika” və Belarus “Slaviya”sında çıxış edib.

1992-ci ildə Rusiya yığmasında 1 matça çıxan futbolçu 1994-cü ildə Azərbaycan millisində də 1 oyun keçirib.

image-lemis

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90