
Mini-futbol millimiz Avropa çempionatının 1/4 finalında
Azərbaycanın mini-futbol üzrə yığması Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında 1/8 final oyununa çıxıb.
Busaat.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu kollektiv bu mərhələdə İsraili məğlubiyyətə uğradıb – 3:0. Beləliklə, millimiz 1/4 finala yüksəlib.
Növbəti mərhələdə rəqib Slovakiya – Gürcüstan matçının qalibi olacaq.























