Məzmuna keç
  • Brent neft110.72 $▼2.39%
  • WTI neft101.27 $▼2.74%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.906 $▲0.28%
  • Qızıl3 921 $▲0.57%
  • Gümüş50.08 $▲1.63%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.00 ¢▼0.08%
  • Bitcoin78 368 $▲0.71%
  • Ethereum2 293 $▲1.57%
  • S&P 5007 580▼1.83%
15°Bakı
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
Gündəm

Misir Mərdanovdan Təhsil Nazirliyinin adının dəyişməsinə REAKSİYA

image-photo_175291
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı yeni fərmana görə, Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb.

Busaat.az xəbər verir ki, sənədə əsasən, elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər yeni nazirliyə həvalə edilib.

Yeni fərmana keçmiş təhsil naziri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanovun münasibətini öyrənməyə çalışdıq.

“Cənab Prezidentin qəbul etdiyi bütün qərarlara münasibətim yalnız müsbət ola bilər. Ona görə də, əlavə şərhə ehtiyac duymuram. Əgər ölkə rəhbəri belə bir qərar qəbul edibsə, onu yerinə yetirmək hər birimizin borcudur”, – deyə o, bildirdi.

Yeni yaradılan Elm və Təhsil Nazirliyinin Azərbaycan elminin və təhsilinin inkişafına hansı töhfələrin verəcəyi məsələsinə də toxunan professor qeyd etdi ki, bu barədə indidən nəsə demək hələ tezdir:

“Qarşıdakı günlərdə görək birləşmə necə olacaq? Ondan sonra bu məsələyə geniş münasibət bildirərik”.

Redaktor.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=82449