Mitsotakisdən Türkcə paylaşım: “Biz düşmən deyilik”

image-mitsotakisbackend

“Yunanıstan Türkiyəni təhdid etmir. Biz düşmən deyilik. Biz qonşuyuq və aramızdakı dostluq münasibətlərinə böyük əhəmiyyət veririk”.

Busaat.az xəbər verir ki, bu barədə Yunanıstanın baş naziri Kiryakos Mitsotakis özünün Twitter səhifəsində Türk dilində paylaşım edib.

Hər iki ölkədə insanların əksəriyyətinin qarşıdurma və ya fikir ayrılığı istəmədiyini bildirən Mitsotakis, “Gəlin qarşılıqlı hörmət və əməkdaşlıq, beynəlxalq hüquq çərçivəsində birlikdə irəliyə doğru bir addım ataq”, – deyə təkliflə çıxış edib.

BMT Baş Assambleyasındakı çıxışında Türkiyənin əhəmiyyətli bir ölkə olduğunu vurğulayan Mitsotakis, “Türkiyə NATO üzvüdür, əgər istəyərsə, Avropa Birliyi (AB) və Yunanıstanın müttəfiqi və dostu ola bilər”, – deyə əlavə edib.

Mitsotakis Türkiyənin Ukraynadan taxıl ixracına imkan verən sazişin imzalanmasındakı rolunu “dünyanın ərzaq təhlükəsizliyinə mühüm töhfə” kimi qiymətləndirib, ancaq qarşılığında Türkiyənin Şərqi Aralıq dənizi, Yaxın Şərq və Qafqazda sabitliyi pozan mövqe nümayiş etdirdiyini bildirib.

Mitsotakis, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Bir gecə anidən gələ bilərik” sözlərini xatırladaraq, Türkiyənin Yunanıstana qarşı sərt ritorika ilə çıxış etməsindən şikayətlənib.

Yunan lider Türkiyə tərəfinin Ege ilə bağlı tezislərinə də fikir bildirib və bunu “yalan iddialar” kimi xarakterizə edib.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90