MN: “Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutulub”

image-mudafiebackend

Gədəbəy istiqamətində Azərbaycan mövqeləri atəşə tutulub.

Bu barədə Busaat.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Belə ki, sentyabrın 11-i saat 13:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

“Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb”, – məlumatda qeyd olunub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki