Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin66 029 $▼3.22%
  • Ethereum1 851 $▼3.98%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

Molla rejimindən növbəti SƏRSƏM BƏYANAT 

image-1089922_07
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“İRNA agentliyi Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimi ilə bağlı məqaləsində dolayısıyla etiraf edib ki, Tehran Ermənistanın təhlükəsizliyini İranın təhlükəsizliyi kimi eyniləşdirir. Bunu məqalədə belə bir cümlədən də anlamaq olar: “İranın Azərbaycanla sərhəddəki təlimləri bölgə ölkələrinin (Ermənistanın) ərazi bütövlüyünə dəstək əhəmiyyəti daşıyırdı”. Məqalədə o da etiraf edilib ki, İran Azərbaycanın Ermənistana qarşı iddialarına qarşıdır və Zəngəzur dəhlizinin açılmasını təhlükə kimi qiymətləndirir”.

Busaat.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

O bildirib ki, molla-fars rejiminin rəsmiləri Azərbaycana qarşı təxribatçı açıqlamaları artıq məqalələr vasitəsilə çatdırmağa çalışırlar:

“İran bölgənin geosiyasi dəyişiliklərinə qarşıdır, bu yeni münaqişələrə səbəb ola bilər və Tehran buna seyrçi qalmayacaq” yazılan məqalədə yenə də Azərbaycanın İsraillə sıx əlaqələrinin guya bölgə üçün böyük təhlükə yaratdığı vurğulanıb. Tehranın prezident İlham Əliyevin İranda yaşayan azərbaycanlılar hüquqları barədəki çıxışlarından narahat olduğu İRNA agentliyinin məqaləsində də hiss olunur. Məqalənin sonunu nikbin notlarda bitirməyə çalışıblar, yazıblar ki, guya molla rejimi Azərbaycanla dost münasibətlərə çalışır.

Beləliklə, Tehran rəsmiləri və deputatları Azərbaycana qarşı davamlı təxribatçı açıqlamalardan sonra estafeti məqalələrə veriblər. Əvvəlcə ali dini liderin müşaviri Əli Əkbər Vilayəti Azərbaycanla bağlı məqalə yazdı, ikibaşlı cümlələrdən istifadə etdi, ardınca da İRNA bu mövzuya toxundu. Dəyişən heç nə yoxdur, eyni ritorikadır – Ermənistana dəstək, İsraili lənətləmək və Azərbaycanı hədələmək. Biz də bunun tərsini edirik – İrandakı dəyişikliklərə dəstək, İsraillə sıx əlaqələr və Tehrana adekvat cavablar vermək…

Qeyd edək ki, Azərbaycanla Türkiyənin “Qardaş yumruğu” adlı Astara, İmişli və Cəbrayılda eyni anda keçirilən birgə hərbi təlimi molla rejimini ciddi narahat etməyə başlayıb. İranın İRNA dövlət agentliyi Azərbaycan əleyhinə növbəti geniş məqaləsini yayımlayıb. Məqalədə yazılıb ki, İrandan əvvəl Azərbaycan Türkiyə və Pakistanla birgə Naxçıvanda hərbi təlimlər keçirib və bu Ermənistana qarşı olub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=93109