
Moskva polis idarəsinin iki əməkdaşı iş adamından 265 min dollar dəyərində bitkoin oğurlayıb
Moskva polis idarəsinin iki əməkdaşı iş adamından 265 min dollar dəyərində bitkoin almaqda şübhəli bilinərək saxlanılıb.
Busaat.az xəbər verir ki, bu barədə polis mənbələri yerli mətbuata bildirib.
Rusiyanın RBK media qrupu iki polisə qarşı cinayət işi başlandığını söyləyib.
Böyük miqyasda dələduzluqda ittiham olunan şəxsləri on ilədək həbs cəzası gözləyir.
Mənbənin mətbuata verdiyi məlumata görə, cinayət axtarışı şöbəsinin iki əməkdaşı iyulun 19-da küçədə bir nəfəri saxlayıb, onun qollarını qandallayıb, telefonunu əlindən alıb və zorla maşına mindiriblər.
Şübhəlilərin nəqliyyat vasitəsinin içərisində olarkən kripto investor olduğu ortaya çıxan adamı təhdid edərək, pulu ödəmədiyi təqdirdə ona qarşı cinayət fəaliyyəti ilə bağlı cinayət işi açılacağını iddia ediblər.
Mənbənin sözlərinə görə, adı açıqlanmayan qurban məmurların kripto pul kisələrinə 9,6 bitkoin (təxminən 265 min dollar) köçürüb.
Günahı sübuta yetirilərsə, zabitlər polis orqanlarından qovulacaq və on il həbs cəzası alacaqlar.























