Moskvanın “Şeremetyovo” hava limanında sərnişin təyyarəsi ilə texniki avtomobil toqquşub.
İnsident nəticəsində avtomobilin sürücüsü xəsarət alıb. Təyyarədə isə yaralanan olmayıb.
Kankun şəhərinə uçmalı olan təyyarə uçuşun həyata keçirilməsi üçün başqası ilə əvəz olunub. Hazırda faktla bağlı araşdırma aparılır.