Türkiyə, Rusiya, İran və Suriya xarici işlər nazirliklərinin nümayəndə heyətləri arasında görüş çərşənbə və cümə axşamı Moskvada baş tutacaq,
Busaat.az xəbər verir ki, bu barədə Türkiyənin TRT dövlət televiziyası məlumat yayıb.
“Martın 15-16-da Moskvada Türkiyə, Rusiya, Əsəd rejimi və İran arasında Suriya ilə bağlı xarici işlər nazirləri səviyyəsində görüş keçiriləcək”, – deyə TRT qeyd edib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bundan əvvəl Türkiyə, Rusiya, İran və Suriya xarici işlər nazirləri arasında görüş hazırlandığını və Rusiya tərəfinin gələn həftə Moskvada texniki görüşün keçirilməsini təklif etdiyini bildirmişdi.