Mossad İsraildə məhkəmə islahatlarına qarşı etirazları dəstəkləyib – ABŞ KİV

image-default-52backend

İsrail Milli Kəşfiyyat İdarəsi MOSSAD-ın yüksək vəzifəli məmurları və agentliyin casusları İsrail ictimaiyyəti arasında hökumətin məhkəmə islahatlarına qarşı təşkil edilən ümummilli etirazları təşviq ediblər.

Busaat.az xəbər verir ki, bu barədə Pentaqonun “The New York Times” qəzetinə sızdırdığı xəbərdə deyilir.

Məlumatda iddia olunur ki, Barnea İsrailin Baş Prokuroru ilə məsləhətləşdikdən sonra kiçik kəşfiyyat məmurlarının etiraz aksiyalarında iştirakına icazə verib. Lakin iştirakçılara özlərinin MOSSAD əməkdaşı olduğunu demək qadağan edilib.

Pentaqondan qaynaqlandığı güman edilən sızma, MOSSAD-ın İsrailin siyasi həyatına birbaşa müdaxiləsi ilə bağlı məlumatların yer aldığı sənədlə əlaqəlidir.

Qeyd edək ki, artıq MOSSAD qəzetin qeyd etdiyi məlumatı təkzib edərək, bunu yalançı və heç bir əsası olmayan dezinformasiya adlandırıb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90