Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.49 $▼0.37%
  • WTI neft88.43 $▼0.15%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.158 $▼2.23%
  • Qızıl3 891 $▲0.11%
  • Gümüş48.64 $▼0.99%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 721 $▼0.70%
  • Ethereum1 808 $▼1.07%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Gündəm

MTRŞ-nin “Space”i məhkəməyə verməsinin SƏBƏBİ

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Milli Televiziya və Radio Şurasının (MTRŞ) “Space” televiziya kanalı ilə bağlı məhkəməyə müraciət etməsinin səbəbi məlum olub.

Bu barədə açıqlama verən MTRŞ sədrinin köməkçisi Fazil Novruzov bildirib ki, sözügedən televiziya kanalı İnzibati Xətalar Məcəlləsinin 383-cü maddəsini (teleradio proqramlarından istifadə qaydalarını pozma) pozduğuna görə barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib:

“Bu protokol digər televiziya kanalının materialını istinadsız təqdim etdiyinə görə tərtib edilib. Kanalın cərimə olunub-olunmaması barədə isə məhkəmə qərar verəcək. “Space” televiziyasında hansı kanalın materialından istinadsız istifadə olunduğunu isə deyə bilmərəm”.

Qeyd edək ki, MTRŞ-nin mayın 6-da iclası keçirilib. İclasda 1-3 may 2020-ci il tarixlərində ümumrespublika televiziya kanallarının efirinin monitorinqinin nəticələrinə baxılıb.

Belə ki, 2 may 2020-ci il tarixdə “Space” televiziya kanalının efirində İnzibati Xətalar Məcəlləsinin 383-cü maddəsinin (teleradio proqramlarından istifadə qaydalarını pozma) pozulması faktı ilə əlaqədar kanalın cərimə olunması ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən inzibati xəta haqqında protokol tərtib olunub və müvafiq rayon məhkəməsinə göndərilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=9254