Müəllimlərin işə qəbulu üçün qeydiyyat başlayır

image-418e8232-c83d-3afa-b3f3-d1f5cf27af8d_850backend

Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin 2025-2026-cı tədris ili üçün elektron sənəd qəbulu mərhələsinə start verilir.

Busaat.az Report.az-a istinadən xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, müsabiqə üzrə qeydiyyat 22 may saat 11:00-dan 29 may saat 11:00-dək davam edəcək.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən namizədlər “Digital Login” əldə etdikdən sonra www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki