Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft95.76 $▲0.06%
  • WTI neft88.36 $▼0.03%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.311 $▼1.02%
  • Qızıl3 905 $▼0.33%
  • Gümüş49.86 $▼0.79%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda591.50 ¢▲0.13%
  • Bitcoin67 998 $▼4.73%
  • Ethereum1 905 $▼5.56%
  • S&P 5007 592▼0.33%
13°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Dünya

Mumiyalarla dolu məzarlar tapıldı

image-c31f8e1e-c190-4d98-ae33-c68aa4ce571d
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Misirdə qədim şəhərdə 2500 illik mumiyalarla dolu məzarlar tapılıb.

Busaat.az xəbər verir ki, bu barədə “Daily Mail” yazır.

Məlumata görə, Asvan şəhərində arxeoloqlar 1400-ə yaxın mumiyadan ibarət daha 36 məzar aşkar ediblər.

Qeyd olunub ki, qalıqlar eramızdan əvvəl 600 ilə eramızın 200-300-cü illərinə aiddir.

Milan Universitetinin arxeoloqu Patrizia Piacentini bildirib ki, məzarların yerləşdiyi ərazi 82 kilometrə qədər uzanır.

Aşkar edilən mumiyaların çoxu həyatı boyu infeksiyalardan əziyyət çəkən insanlara aiddir.

Alimlər həmçinin qədim misirlilər arasında sümük xəstəlikləri və vərəmin geniş yayıldığını, uşaqların qida çatışmazlığı əlamətləri ilə anemiyadan əziyyət çəkdiyini müəyyən ediblər.

Antik Əsərlərin Ali Şurasının üzvü Ayman Ashmawy-nin sözlərinə görə, mumiyaların təxminən 30-40 faizi yeni doğulmuş və yeniyetmələrə aiddir.

Piacentini vurğulayıb ki, mumiyalar bir müddət öyrənilmək üçün aparılacaq, məzarların özləri təmizlənəcək.

“Biz onların tarixini öyrənəcəyik, sonra onları geri qoyub məzarları bağlayacağıq”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=141893