Məzmuna keç
  • Azeri Light98.41 $▲0.81%
  • Brent neft88.80 $▼1.39%
  • WTI neft82.07 $▼1.11%
  • Avropa qazı (TTF)88.70 €▲5.03%
  • Təbii qaz (ABŞ)3.676 $▲13.77%
  • Qızıl3 541 $▲0.23%
  • Gümüş41.17 $▼0.46%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.50 ¢▲0.04%
  • Bitcoin59 293 $▼4.23%
  • Ethereum1 635 $▼6.86%
  • S&P 5007 039▼1.93%
14°Bakı
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
Texnologiya

Mürəkkəb iş zamanı tərləyən robotlar yaradılıb – VİDEO

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Alimlər iş prosesi zamanı qədərindən artıq istiliyin qarşısını almaq üçün “tərləyən” robot yaradıblar.

Busaat.az ted.az-a istinadən bildirir ki, ABŞ-ın Kornell Universitetinin tədqiqatçıları robotların sistemin hərəkətinə və idarə olunmasına cavabdeh hissənin yanında saxlanan soyuducu ilə “tərləməsinə” imkan verən texnologiya hazırlayıblar.

Belə ki, robotların qarşısında getdikcə daha mürəkkkəb vəzifələr qoyulur. Soyutma sistemi olmayan robotda çətin işlər zamanı yaranan istilik onun nasazlığına səbəb ola bilər.

Avtomatlaşdırılan sistem 3D printer ilə hazırlanıb. Robotun yuxarı səthində üzərində kiçik məsamələr olan daxili maye anbarı yerləşdirilib. İnsan barmaqlarına bənzər tutqacların xarici təbəqəsi artan temperaturla genişlənir və bu da məsamələrin genişlənməsinə səbəb olur. Məsamələrin genişlənməsi qızan suyun buxar şəklində xaric olunmasına şərait yaradır. Maye buxarlandıqda tutqaclar soyuyur. Sınaqlar bu soyutma sisteminin insan orqanizminin tərləmə prosesi ilə müqayisədə daha effektiv işlədiyini göstərir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=3543