Müsavat partiyası da qeydiyyata alınmadı

image-arifbackend

Müsavat Partiyasının reyestrə daxil edilməsi ilə bağlı müraciətinə mənfi cavab verilib.

Busaat.az xəbər verir ki, bu barədə partiya sədri Arif Hacılı özü məlumat yayıb.

A.Hacılının sözlərinə görə, Ədliyyə Nazirliyindən verilən cavabda təqdim olunan 5212 nəfərlik siyahıdakı 2766 nəfər haqqında məlumatların düzgün qeyd edilmədiyi bildirilib:

“250 nəfər telefon zənginə cavab olaraq partiya üzvü olmadığını bildirib, 11 nəfər barədə məlumatlar təkrarlanıb və s. Bütün bu problemləri həll etmək üçün partiyaya 30 gün vaxt verilir. Partiya üzvləri haqqında məlumatda hansı qüsurların olması, telefon nömrəsi olmayan və ya şəxsi məlumat kimi şəxsi telefon nömrəsini verməmək hüququndan istifadə edənlərlə bağlı məsələləri hüquq müstəvisində müzakirə edib həll edəcəyik. Bu da yetərli olmasa, daha bir neçə min Müsavat üzvünün siyahısı Ədliyyə Nazirliyinə təqdim olunacaq”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki