Müzəffər Ali Baş Komandan

image-jhhgbackend

Ulu   Öndər   Heydər   Əliyevin   siyasi kursunun davamçısı İlham Əliyev   2003 -cü ildən   etibarən Azərbaycan    Respublikasına   rəhbərlik edir. O, Azərbaycanın  demokratik , hüquqi və dünyəvi dövlət yolunda inkişaf    etməsinə   töhfələrini   vermişdir.  Onun   rəhbərliyi ilə ölkədə sosial-iqtisadi   islahatlar    daha da sürətlənmişdir.   Yeni iş Yerləri açılmış ,   vətəndaşların    sosial   rifahı xeyli    yaxşılaşmışdır.

İlham    Əliyev    Ümumilli lider Heydər Əliyevin inkişaf stragetiyasını    uğurla    davam etdirərək ölkəmizin iqtisadi qudrətini beynəlxalq nüfuzunu xeyli artırmışdır.   Bu, beynəlxalq iqtisadi əlaqələrin    genişlənməsinə    təkan vermişdir

Azərbaycan    beynəxlaq    iqtisadi əlaqələrində neft-qaz amili əsas rol oynamışdır. Bütün çətinliklərə , ağlasığmaz manelərə baxmayaraq strategiyamız Prezident  cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2013-cü ildə Avropa dövlətləri ilə “XXI əsrin müqaviləsi “ adlandırılan müqavilə    imzalandı. Bu müqavilə Azərbaycanın neft-qaz strategiyasında yeni    dövrün   başlanğıcını qoydu.Azərbaycan enerji ehtiyatlarına görə dünyada geosiyasi əhəmiyyətə malikdir.

Prezident      İlham     Əliyevin     apardığı      xarici  siyasət Azərbaycanın      milli    maraqlarına    uyğun    olaraq   beynəlxalq aləmdə    ölkənin     mövqeyinin     möhkəmlənməsinə   və ərazi bütövlüyünün   təmin   olunmasına     yönəlmişdir.   Azərbaycan torpaqlarının ayrılmaz hissəsi olan Qarabağın   dağlıq   hissəsi və Qarabağ ətrafi ərazilərin Ermənistan işğalı altında olması xarici   siyasətdə çevik olmağımızı məcbur edirdi. Prezidentin göstərişi ilə 2004-cü ildən informasiya  müharibəsində   müdafiədən “hücüm diplomatiyası”na   keçilməsi vəzifəsi irəli sürüldü .

İlham Əliyev  müxtəlif    beynəlxalq   təşkilatların bütün sammitlərində    Azərbaycanın    haqq   səsinin dünyaya çatdırılmasında , ermənilərin   işğalçılıq    mövqeyinin  ifşa olunmasında böyük xidmətlər   göstərmişdir.   O , “ Davos İqisadi Forumu” , Münhen Təhlükəsizlik , Valday Diskussiya Klubu və digər beynəlxalq konfranslarda , iclaslarda Azərbaycanın ərazi bütövlüyünün ermənilər tərəfindən pozulduğunu və bununla barışmayacağımızı iştirakçıların diqqətinə çatdırmışdır.   Azərbaycanın   həmişə    sülh tərəfdarı olduğunu ,torpaqlarımızın sülh yolu ilə qaytarılmayacağı təqdirdə müharibə yolunda istisna edilmədiyini bir daha vurğulamışdır.

2015 -ci ildə     Münhen   Təhlükəsizlik konfransında iştirakı zamanı erməni nümayəndəsi Azərbaycan tərəfini haqsız vəziyyətə salmaq istəyəndə Cənab   Prezident  İlham Əliyev ağıllı və uzaqgörən diplomatik bacarığı ilə baş verən proseslərin kökündə onların dayandığını işğalçı olmalarını konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.

Nəhayət gözlədiyimiz   fürsət yetişdi. 2020- ci il sentyabrın 27-də ermənilər yenidən   təxribat törətmək istədi . Ancaq şanlı   Azərbaycan Ordusu təxibatların qarşısını alaraq uğurlu  əks hücüm əməliyyatlarına başladı. Həmin gün xalqa müraciət edən Ali Baş Komandan artıq təxribatlara dözməyəcəyimizi və işğal altında olan torpaqlarımızı azad edəcəyimizi elan etdi. 2020-ci il noyabrn 10-a qədər davam edən hərbi əməliyyatlar   Azərbaycan   Ordusunun rəşadəti , cənab Prezidentin uzaqgörən , diplomatik bacarığı sayəsində qələbə ilə nəticələndi və doğma Qarabağımız işğaldan azad edildi..

İ.Əliyev    həm də   böyük qələbəmizin komandanı kimi tariximizə adı düşdü.

Beləlikə ,   İlham Əliyevin   həyata keçirdiyi məqsədyönlü daxili islahatlar , müdrik və uzaqgörən xarici siyasəti nəticəsində dünyada geosiyasi mövqeyi   möhkəmlənən Azərbaycan bu yolda uğurla addımlayır.

Xalqımızın    tarixində    yeni    dövr başlayır.   Biz bu dövrə   bütöv  Azərbaycan  olaraq daxil olmaq.Bütün bunlara görə isə Ulu Öndərin layiqli davranışı olan Müzəffər Ali   Baş   Komandan   İlham Əliyevə minnətdarıq. Atalar    düz   söyləmişdir: “Ot kökü üstə bitər”

Müzəffər   Ali   Baş   Komandanımız ,  cənab   Prezidentimiz  İlham  Heydər   oğlu  Əliyevə    ölkəmizin inkişafı  ,  xalqımızın rifahı naminə   fəaliyyətdə uğurlar!!!!!!!!

Abbasova   Tahirə

 Nəsimi  rayonu 54 nömrəli  tam 

  orta məktəbin  tarix müəllimi     

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki