Myanmada minlərlə siyasi məhbus azad ediləcək

image-myanmarbackend

Myanmarda hərbi lider general Min Aunq Hlainqin əfv olunduğunu elan edilib.

Busaat.az xəbər verir ki, bu barədə Myanma ordusunun media orqanlarından biri olan MRTV məlumat yayıb.

Rəsmilər hərbi administrasiyanın amnistiyaya çıxardığı 2153 siyasi məhbusun azadlığa buraxılmasına başlanıldığını və prosesin bir neçə günə yekunlaşacağını qeyd edib.

Azad ediləcək siyasi məhbusların adları açıqlanmasa da, onların arasında devrilmiş lider Aung San Suu Kyi də var.

Əfv olunan şəxslərin ictimai iğtişaş və ya qorxu yaratmaq, yalan xəbər yaymaq kimi 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan cinayətlərdə təqsirli bilinən siyasi məhbuslar olduğu vurğulanıb.

Rəsmilər bildiriblər ki, əfv olunanlar qanunu pozarsa, yeni cəzalarına köhnə cinayətləri də əlavə olunacaq.

Myanmada mühüm günlərdə məhbuslar üçün əfv sərəncamları verildiyi halda, 2021-ci ildə 2296 siyasi məhbus azadlığa buraxılıb. Birləşmiş Millətlər Təşkilatının (BMT) keçmiş Baş katibi Pan Gi Mun Myanmar hərbi hökumətini aprelin 25-də “zorakılıq aktlarını dərhal dayandırmağa” çağırıb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90