Məzmuna keç
  • Azeri Light98.41 $▲0.81%
  • Brent neft89.04 $▼1.12%
  • WTI neft82.47 $▼0.63%
  • Avropa qazı (TTF)88.70 €▲5.03%
  • Təbii qaz (ABŞ)3.647 $▲12.88%
  • Qızıl3 529 $▼0.13%
  • Gümüş40.95 $▼1.00%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.50 ¢▲0.04%
  • Bitcoin58 936 $▼4.81%
  • Ethereum1 625 $▼7.46%
  • S&P 5007 010▼2.34%
14°Bakı
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
Texnologiya

“Nar”ın əsas prioriteti müştəriləri keyfiyyətli xidmətlə təmin etməkdir

image-720x540
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Müştərilərlə ünsiyyətdə olduğumuz hər yerdə – mağazalarımızda, rəqəmsal tətbiqdə və sosial media platformalarında onlara keyfiyyətli xidmət göstərməliyik”. Bunu “Azerfon”un Baş icraçı direktoru Qunnar Panke ARB telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, son 3 il ərzində müştəri məmnuniyyəti indeksinə görə “Nar”ın lider olması, eyni zamanda bütün göstəricilər və müştərilərdən gələn rəylər onun doğru yolda addımladığını sübut edir.

Mobil operatorun uzun müddət ərzində müştərilərə göstərdiyi keyfiyyətli xidməti qoruduğunu deyən Qunnar Panke əlavə edib ki, burada yüksək sürətli internet, kəsintisiz zəng ximdətləri nəzərdə tutulur: “Nar” ölkədəki bütün mağazalarını yeniləməkdədir və sosial mediada ünvanlanan suallara operativ cavab verməkdədir. Biz müştərilərimiz üçün güvənli tərəfdaş olmağı hədəfləmişik. Müştərilərimizi hər zaman dinləyir, problemlərinin ən optimal həll yolunu təqdim edirik. Düşünürəm ki, biz çox uğurlu olsaq da, hələ də gediləcək yolumuz var və bu istiqamətdə daha da inkişaf etməyi planlaşdırırıq”.

Qeyd edək ki, müsahibədə Baş icraçı direktor mobil operatorlar arasındakı rəqabətdən, Azərbaycandakı biznes mühitindən, turizm potensialından, eləcə də “Nar”ın strategiyasından və qarşıdakı hədəflərindən də danışıb. Müsahibənin tam versiyasına aşağıdakı keçidə daxil olaraq baxmaq olar: https://www.youtube.com/watch?v=dQkc_DbYcTU

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=72147