Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.17 $▲0.56%
  • WTI neft88.64 $▲0.44%
  • Avropa qazı (TTF)92.47 €▼1.32%
  • Təbii qaz (ABŞ)3.270 $▼1.86%
  • Qızıl3 900 $▼0.44%
  • Gümüş50.02 $▼0.46%
  • Pambıq78.95 ¢▲0.52%
  • Buğda595.75 ¢▲0.76%
  • Bitcoin69 224 $▼3.01%
  • Ethereum1 958 $▼2.96%
  • S&P 5007 592▼0.33%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Narkotikə görə həbs olunan meyxanaçı ilə bağlı yeni xəbər

image-1661941763_630f3517c9b0a630f3517c9b0b1661941015630f3517c9b06630f3517c9b08
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhkum edilən Cavid Babaşov (Sumqayıtlı) barəsindəki hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb.

Busaat.az apa-ya istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində araşdırılan iş üzrə qərar elan olunub. Hakim Elman Əhmədovun sədrlik etdiyi məhkəmə heyəti ittiham olunan şəxs barəsindəki hökmün dəyişdirilməsi üçün əsaslar olmadığı qənaətinə gəlib. Bunu nəzərə alaraq Cavid Sumqayıtlının şikayəti rədd edilib.

Xatırladaq ki, Cavid Babaşov bir il əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib.

Cavid Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin dövriyyəsi qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham elan edilərək, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Məhkəmənin hökmü ilə Cavid Babaşov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Cavid Babaşov Cavid Sumqayıtlı adı ilə məşhur olan meyxanaçıdır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=84628