Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft95.58 $▲4.70%
  • WTI neft88.41 $▲3.68%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.351 $▲2.54%
  • Qızıl3 892 $▼2.23%
  • Gümüş50.02 $▼2.74%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda582.50 ¢▼3.16%
  • Bitcoin71 059 $▼0.26%
  • Ethereum2 010 $▼0.12%
  • S&P 5007 592▼0.33%
12°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Dünya

NATO-nun bu addımı Rusiyanı təşvişə saldı - Nüvə silahı işə düşür?

image-thumb600x0-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Gələcəkdə NATO-nun nüvə silahının istənilən istifadəsinə haqq qazandıracağını gözləmək olar, bunun üçün bütün əsaslar var”.

Bu fikri Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) üzrə İcmal Konfransında Rusiya nümayəndə heyətinin rəhbərinin müavini Andrey Belousov deyib.

O xatırladıb ki, alyansın Madrid sammitinin yekun bəyannaməsində NATO-ya nüvə hərbi-siyasi bloku statusu verilib. Diplomat vurğulayıb ki, bu vəziyyət “blokun qeyri-nüvə üzvlərinin statusuna fərqli baxış” yaradır. O, ilk növbədə, Amerikanın nüvə silahının ərazisində yerləşdiyi ölkələrə diqqət yetirməyə çağırıb.

Bundan əlavə, Belousov NATO-nun alyansın qeyri-nüvə üzvlərinin də iştirak etdiyi “birgə nüvə missiyalarına” işarə edib:

“Bütün bu faktlar ümumiləşdirilərsə, o zaman belə bir nəticəyə gəlmək olar ki, gələcəkdə NATO-ya üzv dövlətlərdən nüvə silahından istənilən istifadəyə haqq qazandıracağını gözləmək olar”.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Silahların Yayılmaması və Silahlara Nəzarət Departamentinin direktor müavini İqor Vişnevetski bildirib ki, ABŞ üçüncü ölkələrdən nüvə silahlarını çıxarmalıdır, çünki bu amil nüvə münaqişəsi riskini artırır. Oxşar çağırışı Rusiyanın xarici işlər naziri Sergey Lavrov da edib. O, xüsusilə qeyd edib ki, Qərb dövlətləri keçmiş SSRİ dövlətlərinin ərazisində hərbi obyektlərin yaradılmasından imtina etməlidirlər.

Qeyd etmək lazımdır ki, Rusiyanın özü də Qərbi Ukraynadakı müharibədə nüvə silahından istifadə edəcəyi işə hədələmişdi. Moskvanın nüvə silahından istifadə edəcəyi halda Qərb Kremli xəbərdar edib və bu siyasəti bəşəriyyətin fəlakəti adlandırıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=83470